ARDNF kommersiya banklarına 61,4 mln. dollar satıb

ARDNF kommersiya banklarına 61,4 mln. dollar satıb İl ərzində hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək
Maliyyə
22 Sentyabr , 2016 12:10
ARDNF kommersiya banklarına 61,4 mln. dollar satıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. 

Fonddan “Report”a verilən məlumata görə, bundan 61,4 milyon ABŞ dolları 19 banka satılıb. 

Qurumun açıqlamasında deyilir ki, il ərzində hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Qeyd edək ki, ARDNF-dən əlavə bugünki hərraca Azərbaycan Mərkəzi Bankı da 50 mln. dollar çıxarıb.

Son xəbərlər

Orphus sistemi