Yuxarı

ARDNF-in icraçı direktoru ilə BVF nümayəndə heyəti arasında görüş keçirilib

Görüşdə ilk əvvəl xarici və daxili mediada gedən məlumata aydınlıq gətirilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovla Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan "Report"a verilən məlumata görə, görüşdə ilk əvvəl xarici və daxili mediada gedən məlumata aydınlıq gətirilib, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə hər hansı təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib. Azərbaycanın kifayət qədər valyuta ehtiyatlarının olması və ölkənin makroiqtisadi vəziyyətinin sabit və dayanıqlı olması vurğulanıb.

Görüş zamanı tərəflər arasında Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş iqtisadi strategiya çərçivəsində Azərbaycanın yeni iqtisadi inkişaf modelinə keçidi, bu sahədə Azərbaycan ilə BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi