ARDNF-in dollar ehtiyatları artıb, avro ehtiyatları isə azalıb

ARDNF-in dollar ehtiyatları artıb, avro ehtiyatları isə azalıb ARDNF-in 2016-cı il investisiya siyasəti müsbət qiymətləndirilir
Maliyyə
18 İyul , 2016 19:32
ARDNF-in dollar ehtiyatları artıb, avro ehtiyatları isə azalıb

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2016-cı ilin ilk yarısında investisiya olunmuş valyutalar üzrə müxtəlif istiqamətli dəyişikliklər göstərib.

"Report", ARDNF-in 2016-cı il 6 aylıq investisiya fəaliyyətinin yekunları adlı hesabatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində Fondun əsas investisiya valyutası sayılan ABŞ dollarında aktivləri 16 139,5 mln. təşkil edib. Belə ki, ilin əvvəlində bu rəqəm 15 958,4 mln., ilk rübün yekununda isə 15 975,3 mln. dollar olub. Başqa sözlə, 2016-cı ilin ilk yarısının yekununda dollar ekvivalentində aktivlər yanvarın 1-nə olan göstərici ilə müqayisədə 1,13%, ilk rüblə müqayisədə isə 1,03% artıb.

Avro pul vahidində olan aktivlər isə 2016-cı ilin yanvarın 1-nə 10 791,5 mln., aprelin 1-nə 10 655,8 mln., iyulun 1-nə isə 10 502,7 mln. təşkil edib. Bu, avro ekvivalentində aktivlərin iyulun 1-nə ilin əvvəli ilə müqayisədə 2,67%, ilk rübün yekununa görə 1,43% azalması deməkdir.

Funt sterlinq valyuta ehtiyatlarında olan aktivlər ilin əvvəlinə 1 172,2 mln., aprelin 1-nə 1 150,7 mln., iyulun 1-nə isə 1 194,3 mln. təşkil edib. Beləliklə ilk yarım ilin yekununda funt sterlinqdə aktivlər ilin əvvəli ilə müqayisədə 1,88%, ilk rübün sonu ilə müqayisədə isə 3,78% artım göstərib.

Avstraliya dollarında ARDNF-in 2016-cı il yanvarın 1-nə aktivləri 263,7 mln., aprelin 1-nə 275,9 mln., iyulun 1-nə isə 280,2 mln. dollar olub. Avstarliya dollarında aktivlər iyulun 1-nə ilin əvvəli ilə müqayisədə 6,25%, ilk rübün yekunu ilə müqayisədə isə 1,55% artıb.

Türk lirəsində ARDNF aktivləri 2016-cı il yanvarın 1-nə 1110,1 mln., aprelin 1-nə 1 146 mln., iyulun 1-nə 1 181,2 mln. təşkil edib. Türk lirəsi olan aktivlərdə iyulun a-nə olan hesabat dövründə aktivlər ilin əvvəli ilə müqayisədə 6,4%, ilk rübün nəticəsi ilə müqayisədə 3,1% artıb.

Rusiya rublunda olan aktivlər ilin əvvəlinə 36 535 mln. , aprelin 1-nə 34 868,5 mln., iyulun 1-nə isə 31 816,3 mln. təşkil edib. Bu da ilk yarım ilin yekununda rubl aktivlərinin ilin əvvəli ilə müqayisədə 14,8%,aprelin 1-i ilə müqayisədə isə 8,8% azalma göstərib.

Yapon yenində olan aktivlərdə ilin əvvəlinə 64 761,6 mln., ilk rübün sonuna 66 218,6 mln., iyulun 1-nə isə 65 258,3 mln. təşkil edib. Bu da iyulun 1-nə olan yapon yeni aktivlərinin ilin əvvəli ilə müqayisədə 0,76% artımı, ilk rübün sonuna olan göstərici ilə müqayisədə isə 1,45% azalma deməkdir.

"Report" analitik qrupu hesab edir ki, ARDNF-in ABŞ dollarının qlobal maliyyə bazarlarında möhkəmlənməsi fonunda dollar aktivlərini artırması, əvəzində isə avro aktivlkərini azaltması portfel menecmenti baxımından müsbət dəyərləndirilir. Digər valyutalarda aktivlərin həcmi çox böyük olmadığından orda baş verən dəyişikliklər investisiya portfelinə ciddi təsir etməyib. Bununla bərabər qızılın qiymətinin artması qızıl aktivlərinin dollar ekvivalentində dəyərini ilin əvvəli ilə müqayisədə 23,5%, ilk rübün nəticələri ilə müqayisədə isə 6,9% artmasına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi