ARDNF-in daşınmaz əmlak portfelinin dəyəri 2 mlrd. dollardan çoxdur

ARDNF-in daşınmaz əmlak portfelinin dəyəri 2 mlrd. dollardan çoxdur Bakı. 11 iyul. REPORT.AZ/ Bu il iyunun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak portfelinin dəyəri 2,2 mlrd. ABŞ dolları təşkil edib.
Maliyyə
11 İyul , 2018 15:35
ARDNF-in daşınmaz əmlak portfelinin dəyəri 2 mlrd. dollardan çoxdur

Bakı. 11 iyul. REPORT.AZ/ Bu il iyunun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak portfelinin dəyəri 2,2 mlrd. ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbində Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.

Onun sözlərinə görə, daşınmaz əmlaka investisiyanın 73%-ni birbaşa investisiya, 27%-ni isə dolayı investisiyalar təşkil edib.

Qeyd edək ki, Dövlət Neft Fondu 2012-ci ildə daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Fondun London, Moskva, Paris, Seul, Tokyoda daşınmaz əmlakı var. 

Son xəbərlər

Orphus sistemi