ARDNF-in auditi başa çatıb

ARDNF-in auditi başa çatıb Bu həftə isə AMB-də aparılan audit yoxlaması başa çatdırılacaq
Maliyyə
29 Mart , 2017 12:23
ARDNF-in auditi başa çatıb

Bakı. 29 mart. REPORT.AZ/ "Pricewaterhouse Coopers (PwC) - Azerbaijan" auditor şirkəti tərəfindən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il maliyyə hesabatı üzrə aparılan audit yoxlaması ötən həftə yekunlaşıb. "Report"un əldə etdiyi məlumata görə, artıq yoxlamanın nəticələri ilə bağlı auditor rəyi  ARDNF-ə təqdim olunub.

Məlumata görə, ARDNF ilə eyni vaxtda başlanan Azərbaycan Mərkəzi Bankındakı (AMB) audit isə bu həftə bitəcək və aprelin 1-nə qədər nəticələr AMB-yə təqdim ediləcək.

Qeyd edək ki, hər iki qurumda yoxlamalar fevralın əvvəlində başlayıb.

Xatırladaq ki, "PwC Azerbaijan" həm də "Neftçi" PFK və MİDA-nın kənar auditorudur.

Son xəbərlər

Orphus sistemi