Yuxarı
    Bağlamaq

    ARDNF-in AMB-yə nəzərdə tutulan transferti tam icra olunmaya bilər

    Bu ilin I rübündə Mərkəzi Banka 2,279 mlrd. manat köçürülüb

    Bakı. 18 aprel. REPORT.AZ/ Makroiqtisadi sabitliyin təmin edilməsi üçün Dövlət Neft Fondundan (ARDNF) Mərkəzi Banka (AMB) köçürülməsi nəzərdə tutulan məbləğ (7,5 mlrd. manat) tam icra olunmaya bilər.

    "Report" xəbər verir ki, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Bu ilin I rübündə Mərkəzi Banka 2,279 mlrd. manat köçürülüb. Hesab edirik ki, nəzərdə tutulan tam məbləğ icra olunmayacaq. Amma dəqiq rəqəm demək indidən çətindir".

    "Fondun büdcə köçürmələrində planlaşdırılan məbləğdən fərq olacaq. May ayında vaxtı çatan Azərbaycan Beynəlxalq Bankındakı depozitin (1 mlrd. manat) də vaxtı uzadılacaq, faizi isə eyni olacaq", - deyə Ş.Mövsümov qeyd edib.

    O, həmçinin bildirib ki, ARDNF portfel investisiyalarında daha çox əmlaka yatırım etmiş fondların aktivlərinə üstünlük verir: "Bu ilin ilk rübündə səhmlər üzrə gəlirlilik 3,61% olub". 

    Qeyd edək ki, ötən il səhm portfelinin gəlirliliyi 4,96% olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi