ARDNF-in aktivləri 33,207 mlrd. dolları keçib

ARDNF-in aktivləri 33,207 mlrd. dolları keçib Fond səhm potfelinin xüsusi çəkisini 13%-ə çatdırıb
Maliyyə
18 Aprel , 2017 14:37
ARDNF-in aktivləri 33,207 mlrd. dolları keçib
Report.az

Bakı. 18 aprel. REPORT.AZ/ Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 mln. ABŞ dolları) nisbətən 0,18% artaraq 33 207,2 mln. ABŞ dollarına çatıb.

"Report" xəbər verir ki, bu barədə bu gün ARDNF-də keçirilən mətbuat konfransında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu artıma ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən avro, Rusiya rublu, funt sterlinq), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə, səhm və qızıl portfelinin) əhəmiyyətli müsbət təsir göstərib.

Bununla yanaşı bildirilib ki, ARDNF 2017- ci ilin ilk rübündə səhm potfelinin məcmu investisiya portfelində xüsusi çəkisini yanvarın 1-i ilə müqayisədə 3,66 faiz bəndi artıraraq 12,9%-ə çatdırıb.

Son xəbərlər

Orphus sistemi