ARDNF I rübdə 800 mln. dollaradək valyuta satıb

ARDNF I rübdə 800 mln. dollaradək valyuta satıb Ən çox vəsait yanvar ayında keçirilən hərraclarda satılıb
Maliyyə
3 Aprel , 2017 16:30
ARDNF I rübdə 800 mln. dollaradək valyuta satıb

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2017-ci ilin mart ayı ərzində 250 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

"Report" ARDNF-ə istinadən xəbər verir ki, fond bu ilin yanvar ayında 285 mln. dollar, fevralda 258,4 mln. dollar satıb. Ümumilikdə, bu ilin ilk rübündə valyuta hərraclarında satılan vəsaitin həcmi 793,4 mln. dollar təşkil edib. 

Qeyd edək ki, ARDNF-in bu il dövlət büdcəsinə transferinin yuxarı həddi 6,1 mlrd. manat və ya Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi nəzərə alınmaqla 3,537 mlrd. ABŞ dolları həcmində nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi