Azərbaycan banklarına 72 mln. dollar satılıb - YENİLƏNİB

Azərbaycan banklarına 72 mln. dollar satılıb - YENİLƏNİB Valyuta hərracına 150 mln. dollar çıxarılıb
Maliyyə
20 Sentyabr , 2016 13:01
Azərbaycan banklarına 72 mln. dollar satılıb - YENİLƏNİB

İlk xəbər saat 12:23-də verilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda növbəti valyuta hərracı keçirilib. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, hərraca Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 150 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

Həmin vəsaitin təxminən 72,4 mln. dolları 20 kommersiya bankına satılıb. 

“Report”un analitik qrupu hesab edir ki, bu gün Azərbaycanda dolların rəsmi məzənnəsi bir qədər azalacaq. Artıq banklar da nağd valyuta bazarlarında qiyməti azaltmağa başlayıb. 

Son xəbərlər

Orphus sistemi