Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 34 mlrd. ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılır.
"Report"xəbər verir ki, bu barədə ARDNF-də keçirilən mətbuat konfransında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, gələn il isə Fondun aktivlərinin 1 mlrd. dollara qədər artımı proqnozlaşdırılır: "Gələn il tarazlaşdırılımış büdcə tətbiq olunacaq".