Yuxarı
    Bağlamaq

    ARDNF büdcəyə transfertdən artıq valyutanı manata çevirməyəcək

    Fond: Valyuta satışı qrafikə uyğun aparılacaq

    Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı il ərzində dövlət büdcəsinə nəzərdə tutulan illik transfertin həcmindən artıq valyutanın manata çevrilməsini nəzərdə tutmur. Bu barədə "Report"a ARDNF-dən məlumat verilib.

    "ARDNF-nin məqsəd və vəzifələrindən irəli gələn öhdəliklərindən biri də dövlət büdcəsinə illik əsasda ödənilməli olan transfertlərin vaxtlı-vaxtında həyata keçirilməsidir. 2003-cü ildən ARDNF tərəfindən illik əsasda dövlət büdcəsinə transfertlər edilir. Transfertlərin ümumi məbləği hər il ölkə Prezidenti tərəfindən təsdiq edilən Fondun büdcəsində öz əksini tapır", - deyə Fonddan bildirilib. 

    "ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən ABŞ dollarında baş tutur və büdcə öhdəliklərinin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına (AZN) mübadiləsi zərurəti yaranır. Fond yalnız hər il üçün nəzərdə tutulmuş manatla olan xərc maddələrini icra etmək məqsədilə Maliyyə Nazirliyi ilə razılaşdırılmış qrafikə uyğun dollar satışını həyata keçirir," - deyə ARDNF-dən qeyd olunub.

    Qeyd edək ki, ARDNF-in 2016-cı il üçün dövlət büdcəsi qarşısında transfert öhdəliyi 7,615 mlrd. manat təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi