ARDNF indiyə qədər büdcəyə 100 milyard dollara yaxın vəsait transfert edib

ARDNF indiyə qədər büdcəyə 100 milyard dollara yaxın vəsait transfert edib Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradıldığı gündən bu il iyunun 30-na qədər ona 154,6 milyard ABŞ dolları məbləğində vəsait daxil olub.
Maliyyə
18 Sentyabr , 2019 13:34
ARDNF indiyə qədər büdcəyə 100 milyard dollara yaxın vəsait transfert edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradıldığı gündən bu il iyunun 30-na qədər ona 154,6 milyard ABŞ dolları məbləğində vəsait daxil olub.

“Report”un məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən "dəyirmi masa"da Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.

Onun sözlərinə görə, ARDNF-a daxil olan vəsaitin 148,3 milyard dolları neft-qaz layihələrinin həyata keçirilməsindən, qalan 6,3 milyard dolları isə Fondda toplanmış vəsaitlərin idarə edilməsindən daxil olan vəsaitdir.

İ. Məmmədov onu da deyib ki, ötən dövrdə ARDNF-in xərcləri 112 milyard dollara yaxın olub ki, bunun da 95,5 milyard dolları dövlət büdcəsinə transfertlərin payına düşüb.

Son xəbərlər

Orphus sistemi