ARDNF: Bu il investisiya portfelinə daxil olan qızılın miqdarında heç bir dəyişiklik baş verməyib

ARDNF: Bu il investisiya portfelinə daxil olan qızılın miqdarında heç bir dəyişiklik baş verməyib Fond ölkənin qızıl ehtiyatlarının satılması ilə bağlı Ümumdünya Qızıl Şurasının yaydığı məlumata münasibət bildirib
Maliyyə
4 Avqust , 2017 12:18
ARDNF: Bu il investisiya portfelinə daxil olan qızılın miqdarında heç bir dəyişiklik baş verməyib

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin qızıl ehtiyatlarının satılması ilə bağlı Ümumdünya Qızıl Şurasının (World Gold Council) yaydığı məlumata münasibət bildirib.

Qurumdan “Report”a verilən açıqlamada deyilir ki, fondun investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və bu il qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.

“Qızılın Azərbaycan Mərkəzi Bankından (AMB) ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi bu il tam başa çatdırılıb. Qızıl yatırımları ilə bağlı fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə məlumat verilir”.

Xatırladaq ki, Ümümdünya Qızıl Şurasının ötən gün yaydığı məlumatda bildirilib ki, Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb. Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb. 

Son xəbərlər

Orphus sistemi