Yuxarı

ARDNF bu il AÇG və "Şahdəniz" layihələrindən 1,8 mlrd. dollar qazanıb

İndiyədək Fonda 121,4 mld. dollar vəsait daxil olub

Bakı. 7 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 1,865 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 1,801 mlrd. dolları AÇG-dən mənfəət nefti, 64 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il iyunun 1-dək ARDNF-ə AÇG-dən 118,869 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,506 mlrd. dollar vəsait daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi