ARDNF Beynəlxalq Bankdakı depozitini hələ artırmaq niyyətində deyil

ARDNF Beynəlxalq Bankdakı depozitini hələ artırmaq niyyətində deyil Fondun Azərbaycanın digər banklarında depozit yerləşdirmək planı yoxdur
Maliyyə
12 Oktyabr , 2016 15:48
ARDNF Beynəlxalq Bankdakı depozitini hələ artırmaq niyyətində deyil

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hələlik Beynəlxalq Bankda (ABB) yerləşdirdiyi depozitin həcmini artırmaq niyyəti yoxdur. "Report" xəbər verir ki, bu barədə ARDNF-də keçirilən mətbuat konfransında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib. 

"Dövlət Neft Fondunun ümumi aktivlərinin 5%-ə qədərini yerli iri banklarda yerləşdirmək imkanı var. Hazırda Azərbaycan Beynəlxalq Bankında 1 mlrd. dollar həcmində depozit yerləşdirilib. Yarım milyarda qədər əlavə depozit yerləşdirmə imkanı var. Hazırda belə plan yoxdur, amma bu, mümkündür", - deyə icraçı direktor əlavə edib. 

Ş.Mövsümovun sözlərinə görə, Fondun Azərbaycanın digər banklarında depozit yerləşdirmək planı yoxdur.

Son xəbərlər

Orphus sistemi