ARDNF banklara daha 80 mln. dollar satıb

ARDNF banklara daha 80 mln. dollar satıb Bu vəsait 21 kommersiya bankına satılıb
Maliyyə
11 Aprel , 2016 11:19
ARDNF banklara daha 80 mln. dollar satıb

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi valyuta hərracında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 80 mln. ABŞ dolları məbləğində valyuta kütləsi satılıb. Bu vəsait 21 kommersiya bankı tərəfindən alınıb.

"Report"a Fonddan verilən məlumata görə, ümumilikdə isə hərraca ARDNF tərəfindən 100 mln. dollar satışa çıxarılıb. 

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan qeyd olunub.

Son xəbərlər

Orphus sistemi