Yuxarı

ARDNF "Bank VTB"-dən 25 mln. dollar dividend alıb

Şahmar Mövsümov: Bu bankdakı səhmləri satmaq fikrimiz yoxdur

Bakı.12 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) səhmdarı olduğu Rusiyanın "Bank VTB" ASC-dən indiyə qədər 25 mln. ABŞ dolları həcmində dividend əldə edib. "Report" xəbər verir ki, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, "Bank VTB" Rusiyanın ən iri banklarından biridir və onun səhmlərinin 60%-i dövlətə məxsusdur. Bu baxımdan Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar onun səhmlərini bir qədər ucuzlaşdırıb, amma Fond bankdakı payını satmaq niyyətində deyil. 

"Təbii ki, Rusiyaya qarşı sanksiyalar bu banka da təsir etməyə bilməzdi. Ona görə də onun səhmlərinin qiymətində azalma müşahidə olunub. Amma müxtəlif ekspertlərin fikrincə, sanksiyaların səngiməsindən sonra bankın səhmləri 25% bahalaşacaq. Neft Fondu uzunmüddətli investordur və bu bankdakı səhmləri satmaq fikrimiz yoxdur", - deyə Fondun rəhbəri qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi