Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Neft Fondu AYİB-in Səhm İştirak Fonduna sərmayə yatıracaq

    Sərmayə qoyuluşu 100 mln. avro təşkil edəcək

    Bakı.19 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) idarə etdiyi Səhm İştirak Fonduna 100 mln. avro məbləğində sərmayə yatırılması nəzərdə tutulub. Bu barədə "Report"a Fonddan bildirilib. 

    Məlumata görə, Səhm İştirak Fondu institusional investorlara AYİB-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Cənub-Şərqi Aralıq hövzəsi ölkələri, eləcə də Türkiyə regionundakı birbaşa investisiya portfelində iştirak etməklə maliyyə, sənaye, kənd təsərrüfatı, infrastruktur və enerji sektorlarında uzunmüddətli kapital artımını hədəfləyən yatırımlar həyata keçirmək imkanı yaradır.

    ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov sözügedən investisiya ilə bağlı şərh verərək bildirib ki, Səhm İştirak Fonduna investisiya Fondun investiya portfelinin müxtəlif maliyyə alətləri və coğrafi regionlara diversifikasiyası ilə bağlı investisiya strategiyasının davamıdır: "Bu innovativ investisiya strukturu həmçinin regionda bu sahədə böyük və uzunmüddətli təcrübəyə malik AYİB ilə əməkdaşlığa imkan verəcəkdir. AYİB-in həyata keçirdiyi investisiyalar bizim də hədəf seçdiyimiz bir sıra uzunmüddətli inkişaf göstəriciləri ilə səciyyələnir və biz inanırıq ki, bu investisiyalar Fonda riskləri nəzərə almaqla yüksək gəlirlilik qazandıracaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi