Yuxarı

Azərbaycanla İran arasında maliyyə sahəsində əməkdaşlığın inkişafı üçün imkanlar var

Maliyyə Bazarlarına Nəzarət Palatasında İran nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasında İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı İranla ölkəmiz arasında ikitərəfli münasibətlərin dinamik inkişafının önəmindən danışaraq, bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu xatırlatdıb. Palata sədri İranın beynəlxalq maliyyə bazarlarına yenidən çıxışını yaxından izlədiyini qeyd edərək, tərəflər arasında maliyyə sahəsində birgə əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin və imkanların olduğunu bildirib.

İranın nümayəndə heyətinin rəhbəri M.Vaezi iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün maliyyə institutları arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. M.Vaezi hər iki ölkənin qeyri-neft sektorunun inkişafına dəstək vermək məqsədi ilə qarşıya qoyulmuş hədəflərə çatmaqda nailiyyətlər əldə etmək üçün birgə addımların atılmasında maraqlı olduqlarını bildirdib.

Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi