"Aqrolizinq" şirkəti nizamnamə kapitalını artırır

"Aqrolizinq" şirkəti nizamnamə kapitalını artırır "Aqrolizinq" ASC-nin 119 mln. manatlıq yeni səhm emissiyası dövlət qeydiyyatına alınıb
Maliyyə
23 Sentyabr , 2015 18:00
Aqrolizinq şirkəti nizamnamə kapitalını artırır

Bakı. 23 sentyabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Aqrolizinq” ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospekti qeydə alınıb.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, emissiyanın həcmi bir notun nominal dəyəri 2 manat olmaqla 118 999 540 manat təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək. Anderrayter qismində isə "Unicapital" MMC çıxış edəcək.

Qeyd edək ki, cari il yanvarın 1-nə "Aqrolizinq"in nizmanmə kapitalı 194 519 545 manat təşkil edib. Yeni emissiyanın uğurla yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 61,2% artaraq 206 419 085 manata çatacaq.

Son xəbərlər

Orphus sistemi