“Aqrolizinq” nizamnamə kapitalını 29% artırır

“Aqrolizinq” nizamnamə kapitalını 29% artırır İyunun 4-də qurumun səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Maliyyə
23 Aprel , 2018 09:45
“Aqrolizinq” nizamnamə kapitalını 29% artırır

Bakı. 23 aprel. REPORT.AZ/ İyunun 4-də Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” quruma istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 40 ünvanında (Hökumət Evində) olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin nizamnamə kapitalının 160 mln. manat və yaxud 28,5% artırılaraq 721 627 540 manata çatdırılması məsələsi daxildir. Bunun üçün “Aqrolizinq”in dövriyyədə olan 2 manatlıq nominal dəyərə malik səhmlərinin sayı 280 813 770-dən 360 813 770-ə çatdırılacaq. 

Son xəbərlər

Orphus sistemi