Yuxarı

"Aqrolizinq" kənd təsərrüfatı texnikasını sığortalamaq istəyir

"Aqrolizinq" kənd təsərrüfatı texnikasını sığortalamaq istəyir
Şirkət bu məqsədlə açıq tender elan edib

Bakı. 15 may. REPORT.AZ/ "Aqrolizinq" ASC kənd təsərrüfatı texnikasının sığortalanması xidmətinin alınmasına dair açıq tender elan edib.

"Report" dövrü mətbuata istinadən xəbər verir ki, tender iki lot üzrə keçirilir. Lot-1 üzrə traktor və özüyeriyən kənd texnikasının sığortalanması, lot-2 üzrə isə pambıqyığan kombaynların sığortalanması planlaşdırılır.

Qeyd edək ki, lot-1 üzrə iştirak haqqı 500 manat, lot-2 üzrə isə 300 manat təşkil edir.

Tender təklifi və bank təminatı 14 iyun saat 17:00-a qədər Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi,12 ünvanına təqdim edilməlidir. Zərflər 16 iyun saat 15:00-da iddiaçının özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə qeyd edilən ünvanda açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi