Yuxarı
    Bağlamaq

    “Aqrolizinq”ın zərəri 17 dəfə artıb

    Ötən il dövlətə məxsus lizinq şirkəti aktivlərini 22% artırıb

    Bakı. 3 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 752,495 mln. manat təşkil edib.

    “Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,3% çoxdur.

    2016-cı ildə “Aqrolizinq”ın cəmi kapitalı 47,7% artaraq 359,167 mln. manat, o cümlədən nizamnamə kapitalı 54,2% artaraq 361,628 mln. manata, cəmi öhdəlikləri isə 5,7% artaraq 393,329 mln. manata çatıb.

    Ötən il “Aqrolizinq”in əsas əməliyyat gəliri 127,663 mln. manat (əvvəlki ilə nisbətən 12,8% çox), satışının maya dəyəri 120,97 mln. manat (18,2% çox), sair gəliri 224 min manat, inzibati xərcləri 10,102 mln. manat (74,9% çox), köhnəlmə və amortizasiya xərcləri 2,8 mln. manat (8,4% az), sair əməliyyat xərcləri 5,089 mln. manat (91% çox) təşkil edib. Son nəticədə şirkət 2016-cı ili 11,075 mln. manat xalis zərərlə başa vurub ki, bu da 2015-ci illə müqayisədə 17,3 dəfə çoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi