“Aqrarkredit" nizamnamə kapitalını artırır

“Aqrarkredit" nizamnamə kapitalını artırır "Aqrarkredit" həmçinin iri istiqraz emissiyasına hazırlaşır
Maliyyə
1 Sentyabr , 2015 15:23
“Aqrarkredit nizamnamə kapitalını artırır

Bakı. 1 sentyabr. REPORT.AZ/ “Aqrarkredit" qeyri-bank kredit təşkilatının hər birinin nominal dəyəri 1 manat olan 3 mlrd. ədəd faizli təminatlı istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alınıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bundan başqa, “Aqrarkredit” QSC adi adlı səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alınıb. 

Komitə tərəfindən “Aqrarkredit”in nominal dəyəri 0,67 manat olan 18 909 688 ədəd adi adlı səhmlərin buraxılışı (AZ1002008352) dövlət qeydiyyatına alınıb. Emissiya “Aqrarkredit”in nominal dəyəri 1,00 manat olan hazırkı 196 672 ədəd adi adlı səhmlərinin (AZ1001008353) yeni parametrlərə konvertasiya yolu ilə həyata keçiriləcək. Tam yerləşdirmə nəticəsində kredit təşkilatının nizamnamə kapitalı kəskin (64,4 dəfə) artaraq 196,7 manatdan 12,7 mln. manata çatacaq.

Son xəbərlər

Orphus sistemi