Yuxarı
    Bağlamaq

    ​"Aqrarkredit"in maliyyə reytinqi təsdiqlənib

    Kredit təşkilatının reytinqini yenidən BB- səviyyəsində təsdiq olunub

    Bakı. 2 iyun. REPORT.AZ/ İtaliyanın “MicroFinanza Rating” şirkəti Azərbaycanın “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının 2015-ci il üzrə qiymətləndirmə reytinqini “Stabil” proqnozla “BB-“ səviyyəsində təsdiq edib. Bu barədə "Report"a "Aqrarkredit"dən məlumat verilib.

    Qeyd edək ki, reytinq şirkəti Azərbaycan kredit təşkilatının reytinqini ilk dəfə 2015-ci ilin oktyabrında (“BB-“, proqnoz “Stabil”) müəyyən edib.

    "Reytinq müəyyən edilən tarixdən 6 ay sonra İtaliya şirkəti “Aqrarkredit” üzrə yenilənmiş məlumatları bir daha təhlil edib, portfelin risk dərəcəsini və effektivliyini monitorinq edib. Monitorinqin nəticəsinə görə, “MicroFinanza Rating” şirkətinin yekun rəyində Azərbaycan kredit təşkilatının 2015-ci ildə qiymətləndirmə reytinqi  yenidən “Stabil” proqnozla “BB-“ səviyyəsində təsdiqlənib", - deyə məlumatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi