Yuxarı

​"Aqrarkredit" Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub

Bankın səhmlərinin qalan 17,78%-i isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur

Bakı. 21 iyul. REPORT.AZ / Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) problemli aktivlərini əldə etmiş "Aqrarkredit" - bank olmayan kredit təşkilatı (BOKT) QSC Bankın səhmdarı olub. "Report" xəbər verir ki, hazırda BOKT ABB-nin səhmlərinin 27,26%-nə (ümumi nominal dəyəri 174 839 736,6 manat olan 647 554 580 səhmə) sahibdir.

ABB-nin əsas səhmdarı yenə də Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyidir. Qurum Bankda 54,96%-lik payını qorumaqdadır. Söhbət ümumi nominal dəyəri 352 473 964,83 manat olan 1 305 459 129 səhmdən gedir.

Bankın səhmlərinin qalan 17,78%-i isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375 138 000 səhm əsasında formalaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi