"Apple" maliyyə rübünün yekunu üzrə 10,7 mlrd. dollar məbləğində mənfəət əldə edib

"Apple" maliyyə rübünün yekunu üzrə 10,7 mlrd. dollar məbləğində mənfəət əldə edib Son üç ay ərzində şirkətin gəlirləri 12,2% artaraq 52,6 mlrd. dollara çatıb
Maliyyə
3 Noyabr , 2017 04:18
Apple maliyyə rübünün yekunu üzrə 10,7 mlrd. dollar məbləğində mənfəət əldə edib

Bakı. 3 noyabr. REPORT.AZ/ Amerikanın "Apple" korporasiyası sentyabrın 30-da başa çatan maliyyə rübünün yekunu üzrə 10,7 mlrd. dollar (səhmə görə 2,07 dollar) məbləğində xalis mənfəət əldə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin cümə axşamı dərc olunan maliyyə hesabatında qeyd olunub.

Ötən ilin analoji rübünün yekunu üzrə şirkətin mənfəəti 9 mlrd. dollar (səhmə görə 1,67 dollar) təşkil edib.

"Apple"nin son üç aya görə gəliri 12,2 faiz artaraq təqribən 52,6 mlrd. dollara çatıb. Bu məbləğin 28,8 mlrd. dolları (təqribən 55 faiz) "iPhone" smartfonlarının satışından əldə olunub.

Son xəbərlər

Orphus sistemi