"Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun qüvvəyə minib

"Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun qüvvəyə minib Prezident İlham Əliyev qanunun tətbiqi barədə fərman imzalayıb
Maliyyə
13 İyul , 2016 20:21
Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında qanun qüvvəyə minib

Bakı. 13 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli qanununun tətbiqi barədə fərman imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Müəyyən edilib ki, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunun 4-cü maddəsində, 15.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.1-ci maddəsinin birinci cümləsində, 16.4-cü maddəsinin birinci cümləsində, 16.5, 16.11, 17.1-ci maddələrində, 17.4-cü maddəsinin birinci cümləsində, 17.5, 17.11, 18.2, 18.6, 19.2, 19.7, 20.3, 20.6, 23.1-ci maddələrində, 23.4-cü maddəsinin ikinci cümləsində, 24.2, 24.3, 24.6, 25.2, 25.4-cü maddələrində və 27.18-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti, qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini İqtisadiyyat Nazirliyi, qanunun 27.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Qanun: 

Son xəbərlər

Orphus sistemi