“Anglo-Asian Mining” nağd vəsaitlərini 4,6 mln. dollar artırıb

“Anglo-Asian Mining” nağd vəsaitlərini 4,6 mln. dollar artırıb Bu ilin I yarısının sonuna Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın Anglo-Asian Mining Plc. şirkətinin nağd vəsaitləri 4,6 mln. dollar artıb.
Maliyyə
15 İyul , 2019 16:54
“Anglo-Asian Mining” nağd vəsaitlərini 4,6 mln. dollar artırıb

Bu ilin I yarısının sonuna Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin nağd vəsaitləri 4,6 mln. dollar artıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin I yarımillə bağlı hesabatında qeyd olunub.

Hesabat dövrünə şirkətin nağd vəsaitləri 15,4 mln. dollar təşkil edib.

II rübdə şirkət 2,2 mln. dollar vergi ödəyib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. 

Son xəbərlər

Orphus sistemi