Analitiklər: Cekson Hol sammitində ciddi açıqlamalar gözlənilmir

Analitiklər: Cekson Hol sammitində ciddi açıqlamalar gözlənilmir Mərkəzi banklar gözləmə mövqeyi tutmağa davam edəcək
Maliyyə
22 Avqust , 2017 11:52
Analitiklər: Cekson Hol sammitində ciddi açıqlamalar gözlənilmir

Bakı. 22 avqust. REPORT.AZ/ Avqust ayının 24-26-da ABŞ-ın Vayominq ştatının Cekson Hol (Jackson Hole) dağ kurort şəhərciyində dünyanın ən iri mərkəzi banklarının (MB) rəhbərləri və məşhur iqtisadçı və analitiklərin iştirakı ilə konfrans keçiriləcək. "Report" xəbər verir ki, tədbirin əsas spikerləri Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen və Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Dragidir. FED rəhbərinin çıxışı cümə günü, avqustun 25-də Bakı vaxtı ilə saat 18:00-da, ECB sədrinin çıxışı isə həmin gün 23:00-da olacaq.

Analitiklər FED rəhbərinin mövcud monetar siyasətin dəyişdirilməsi ilə bağlı heç bir fikir səsləndirməyəcəyini ehtimal edirlər. Açıq Bazar Komitəsinin son iclasının protokollarında inflyasiyanın aşağı səviyyədə olmasından narahatlığını bildirən FED rəhbərliyinin neytral mövqe tutaraq müşahidələrini davam etdirəcəyi proqnozlaşdırılır.

Analitiklər ECB-nin daha əvvəl yaxın aylarda monetar ekspansiyanın dayandırılmasını düşünürdüsə, son məlumatlara görə, bu planın bir qədər ertələndiyi bildirilir. Nəticədə, Cekson Hol sammitində maliyyə bazarları üçün önəmli açıqlamalar gözlənilmədiyi vurğulanır.

Son xəbərlər

Orphus sistemi