Bakı. 31 yanvar. REPORT.AZ/ “Amrahbank” ASC-nin aktivləri illik müqayisədə 12,5% artaraq bu il yanvarın 1-nə 230 330 min manat təşkil edib.
“Report” bu barədə bankın açıqladığı illik maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə "Amrahbank"da kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla müştərilərə verilmiş kreditlərin və avanslar 17,5% artaraq 111 862 min manata yüksəlib. Son 1 ildə bankın cəmi öhdəlikləri 27,7% artaraq 203 929 min manata enib. Öhdəliklərin də 185 930 min manatı depozit portfelinin payına düşüb. 2018-ci ilin sonuna bankın cəmi kapitalı 26 401 min manat olub.
"Amrahbank" 2018-ci il ərzində 12 554 min manat zərər edib. Bu, 2017-ci illə müqayisədə 46% çoxdur. Bankın faiz gəlirləri 8 709 min manat, faiz xərcləri 11 304 min manat təşkil edib.