Bakı. 17 iyul. REPORT.AZ/ “Amrahbank” ASC-nin aktivləri illik müqayisədə 18,6% azalaraq bu il iyulun 1-nə 196 216 717 manat təşkil edib.
“Report”bu barədə bankın açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə "Amrahbank"da kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla müştərilərə verilmiş kreditlərin və avanslar 14,5% azalaraq 90 577 433 manata düşüb.
Son 1 ildə bankın cəmi öhədlikləri 14,6% azalaraq 161 793 023 manat, o cümlədən müddətli depozitlər 15,5% artaraq 123 542 531 manat, tələbli depozitlər isə 7,7% azalaraq 24 886 646 manat olub.
"Amrahbank" bu ilin I yarısında 8 081 861 manat zərər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.