Yuxarı

“Amrahbank”ın Müşahidə Şurasının üzvü vəfat edib

“Amrahbank”ın Müşahidə Şurasının üzvü vəfat edib

116

Mahmud Ağamaliyev dünyasını dəyişib

Bakı. 15 avqust. REPORT.AZ/ “Amrahbank” ASC-nin Müşahidə Şurasının (MŞ) üzvü Mahmud Ağamaliyev vəfat edib. 

Bu barədə “Report” Bankın saytına istinadən xəbər verir.

Məlumata görə, onun yerinə hələ ki, heç kim seçilməyib.

Qeyd edək ki, M.Ağamaliyev “Amrahbank”ın rəhbərliyində 2001-ci ildən təmsil olunurdu. O, 2001-2009-cu illərdə Bankın İdarə Heyətinin sədri olub.

Allah rəhmət eləsin!

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (MŞ-nın sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın DŞ-nın üzvü və 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi