"Amrahbank"ın istiqrazları bahalaşıb

"Amrahbank"ın istiqrazları bahalaşıb ​Qiymətli kağızlar nominal dəyərindən yüksək alınıb-satılıb
Maliyyə
31 Oktyabr , 2016 12:43
Amrahbankın istiqrazları bahalaşıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Oktyabrın 28-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Amrahbank" ASC-nin istiqrazlarının təkrar bazarda alqı-satqısı üzrə əqd bağlanıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd Bankın 21 min istiqrazının standard bazar seqmentində realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 100 ABŞ dolları olsa da, onlar 100,95 dollara alınıb-satılıb. Bununla da, sövdələşmənin dəyəri təxminən 2,12 mln. dollar təşkil edib.

Xatırladaq ki, "Amrahbank"ın istiqraz emissiyası ötən ilin sonuna yaxın dövlət qeydiyyatına alınıb. Emissiya kütləvi təklif üsulu ilə 10 mln. dollarlıq - hər birinin nominal dəyəri 100 dollar olan 100 min istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur. İstiqrazların tədavül müddəti 6 il 1 ay, gəlirliliyi illik 9%, faizlərin ödənilmə dövrü isə 3 aydan birdir. Yerləşdirmənin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 398 844 səhm əsasında formalaşıb. Səhmlərin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə, 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi