"Amrahbank"ın aktivləri 13% azalıb

"Amrahbank"ın aktivləri 13% azalıb Bakı. 14 aprel. REPORT.AZ/ “Amrahbank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 240,307 mln. manat təşkil edib.“Report” Bankın maliyyə hesaba...
Maliyyə
14 Aprel , 2017 12:51
Amrahbankın aktivləri 13% azalıb

Bakı. 14 aprel. REPORT.AZ/ “Amrahbank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 240,307 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% azdır.

“Amrahbank”ın aktivlərinin 53,9%-ni və yaxud 129,433 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 16% azalıb.

Hesabat dövründə “Amrahbank”ın cəmi öhdəlikləri 14,5% azalaraq 188,817 mln. manata, o cümlədən depozit portfeli 1,7% azalaraq 125,624 mln. manat olub.

İl ərzində Bankın cəmi kapitalı isə 6,5% azalaraq 51,489 mln. manata düşüb.

Bu ilin I rübündə “Amrahbank”ın faiz gəlirləri 4,622 mln. manat (2016-cı ilin eyni dövrünə nisbətən 36,8% az), faiz xərcləri 2,67 mln. manat (26,7% az), qeyri-faiz gəlirləri 2,542 mln. manat (34,2% az), qeyri-faiz xərcləri isə 3,862 mln. manat (1,6% az) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 632 min manat olub.

“Amrahbank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 2,083 mln. manat ayırıb və rübü 1,45 mln. manat xalis zərərlə başa vurub (Bank ötən ilin eyni dövründən 74 min manat xalis mənfəətlə çıxıb).

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 398 844 səhm əsasında formalaşıb. Səhmlərin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta”nın 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi