"Amrahbank" bu ilin ilk 9 ayını 6 mln. manata yaxın xalis zərərlə başa vurub

"Amrahbank" bu ilin ilk 9 ayını 6 mln. manata yaxın xalis zərərlə başa vurub Bakı. 31 oktyabr. REPORT.AZ/ “Amrahbank” ASC-nin cəmi aktivləri 2017-ci il oktyabrın 1-nə 235,082 mln. manat təşkil edib.
Maliyyə
31 Oktyabr , 2017 11:27
Amrahbank bu ilin ilk 9 ayını 6 mln. manata yaxın xalis zərərlə başa vurub
Report

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Amrahbank” ASC-nin cəmi aktivləri 2017-ci il oktyabrın 1-nə 235,082 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı il oktyabrın 1-i ilə müqayisədə 10,8% azdır.

“Amrahbank”ın aktivlərinin 97,441 mln. manatını və yaxud 41,45%-nı müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 21,5% kiçilib.

Hesabat dövründə “Amrahbank”ın cəmi öhdəlikləri 8,9% azalaraq 187,145 mln. manat, o cümlədən depozit portfeli 10,5% artaraq 140,774 mln. manat olub.

İl ərzində Bankın cəmi kapitalı isə 17,5% azalaraq 47,936 mln. manata düşüb.

Bu ilin yanvar-sentyabr aylarında “Amrahbank”ın faiz gəlirləri 10,382 mln. manat (1 il əvvələ nisbətən 46,6% az), faiz xərcləri 8,376 mln. manat (24,5% az), qeyri-faiz gəlirləri 7,081 mln. manat (11,6% çox), qeyri-faiz xərcləri isə 11,581 mln. manat (0,1% az) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 2,494 mln. manat olub.

Bu il “Amrahbank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 61,45% az – 3,328 mln. manat ayırıb və ilin ilk 9 ayını 5,822 mln. manat xalis zərərlə başa vurub. Bu, ötən ilin ilk 9 ayına nisbətən 50,5% çoxdur.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 398 844 səhm əsasında formalaşıb. Səhmlərin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta”nın 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi