Yuxarı
    Bağlamaq

    ​"Amrahbank" 8 ayda 4.5 mln. manat mənfəət qazanıb

    2014-cü ilin 8 ayının nəticələrinə görə Amrahbank ASC-nin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.8% artaraq 4.5 mln. manat təşkil edib

    Bakı. 3 sentyabr. REPORT.AZ/ "Amrahbank" ASC 2014-cü ilin 8 ayını 4.5 mln. manat mənfəətlə başa vurub.

    Bu barədə “Report”a "Amrahbank" ASC-nin mərkəzi ofisindən məlumat daxil olub. Məlumata görə 2014-cü ilin 8 ayının nəticələrinə görə "Amrahbank" ASC-nin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.8% artaraq 4.5 mln. manat təşkil edib.

    1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

    Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com) 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

    Hal-hazırda bankın 22 filiali və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi