Yuxarı
    Bağlamaq

    ​“Amrahbank” ən sürətli inkişaf edən bank seçilib

    “AMRAHBANK”ı “Mikro- Kiçik- Orta Sahibkarlığa göstərilən xidmətlər üzrə Azərbaycanın ən sürətlə inkişaf edən bankı” elan edib

    Bakı. 1 sentyabr. REPORT.AZ/ “Global Banking and Finance Review” nəşriyyat qrupu 2014-cü ildə “AMRAHBANK”ı Azərbaycanın ən sürətli inkişaf edən bankı seçib.

    Bu barədə “Report”a bankın mərkəzi ofisindən məlumat verilib. Məlumata görə İngiltərədə fəaliyyət göstərən, maliyyə məsələləri üzrə ixtisaslaşmış “Global Banking and Finance Review” nəşriyyat qrupu 2014-cü ildə “AMRAHBANK”ı “Mikro- Kiçik- Orta Sahibkarlığa göstərilən xidmətlər üzrə Azərbaycanın ən sürətlə inkişaf edən bankı” elan edib.

    “AMRAHBANK”ın açıqlamasında 2013-cü ilin kredit portfelində mikro-kiçik-orta sahibkarlara verilən kreditlərin həcmi 2012-ci illə müqayisədə 2 dəfədən çox olduğu deyilir.

    Xatırladaq ki, İngiltərədə fəaliyyət göstərən “Global Banking and Finance Review” qrupunun internet portalının illik 200 ölkədən olan 1 milyondan çox oxucusu var. Portalın statistik məlumatlarına görə illik veb səhifəni nəzərdən keçirilənlərin sayı- 4.2 milyondur. 2013-cü ildə Azərbaycandan portal 4063 dəfə ziyarət olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi