Yuxarı
    Bağlamaq

    “Amrah Sığorta”nın sədr müavini işdən çıxıb

    O, 2012-ci il fevralın 14-dən bu vəzifədə idi

    Bakı. 8 sentyabr. REPORT.AZ/ “Amrah Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini işdən çıxıb. 

    “Report” xəbər verir ki, söhbət Rəşid Salıfovdan gedir. 

    Hələ ki, onun yerinə təyinat olmayıb. Qeyd edək ki, R.Salıfov 2012-ci il fevralın 14-dən bu vəzifədə idi. 

    Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis Əli oğlu İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Əmrah Yunis oğlu İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi