Amerikanın fond bazarı həftə ərzində ikinci dəfə rekord dərəcədə aşağı düşüb - YENİLƏNİB

Amerikanın fond bazarı həftə ərzində ikinci dəfə rekord dərəcədə aşağı düşüb - YENİLƏNİB "Dow Jones" fevralın 8-də 4,15 faiz və ya 1000 bənddən çox azalıb
Maliyyə
9 Fevral , 2018 02:56
Amerikanın fond bazarı həftə ərzində ikinci dəfə rekord dərəcədə aşağı düşüb - YENİLƏNİB

Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ-ın aparıcı fond indeksi "Dow Jones" fevralın 8-də 4,15 faiz və ya 1000 bənddən çox aşağı düşüb.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, bu, həftə ərzində ikinci dəfə baş verib. Bazar ertəsi, fevralın 5-də sözügedən indeks təqribən 4,6 faiz itirərək, 1175 bənd azalıb.

Digər mühüm Amerika indikatoru "S&P 500" də əhəmiyyətli dərəcədə itkiyə məruz qalıb. Bu indeks yanvarın 26-da nümayiş etdirdiyi yüksək göstəricidən sonra 10 faizdən çox azalıb.


***22:31

Bakı. 8 fevral. REPORT.AZ/ Amerikanın sənaye indeksi "Dow Jones" fevralın 8-də 539 bənd və ya 2,2 faiz azalaraq 24354 göstəricisinə çatıb.

“Report” xəbər verir ki, bu barədə "Market Watch" məlumat yayıb.

Bununla belə, "S&P 500" indeksi 47 bənd azalaraq (1,7 faiz) 2634 bənd, "Nasdaq" isə 130 bənd azalaraq (1,8 faiz) 6924 bənd təşkil edib.

Son xəbərlər

Orphus sistemi