Amerika fond indeksləri tarixi maksimumu yeniləyib

Amerika fond indeksləri tarixi maksimumu yeniləyib İndekslərin yüksəlməsinə daxili siyasi və makroiqtisadi xəbərlər təsir edib
Maliyyə
6 Noyabr , 2014 05:43

Bakı. 6 noyabr. REPORT.AZ/ Noyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 17 485 bəndədək yüksəlib, S&P 500 0,6% - 2 024 bəndədək yüksəlib, Nasdaq 0,1% - 4 621 bəndədək enib. “Report”un xəbər verdiyi kimi, beləliklə Dow Jones və S&P 500 indeksləri tarixi maksimumlarını yeniləyib. İndekslərin yüksəlməsinə daxili siyasi və makroiqtisadi xəbərlər təsir edib. Belə ki, noyabrın 4-də ölkədə Konqresə seçkilər, senatorlar və qubernatorların seçkiləri keçirilib və proqnozlara əsasən gözlənilir ki, Konqresdə respublikaçılar çoxluğu əldə edəcəklər və ştatların əksəriyyətində qubernator seçkilərində respublikaçılar irəlidədir. Makroiqtisadi amillərə gəlincə, məlum olub ki, ölkənin özəl sektorunda iş yerlərinin sayı oktyabrda 230 min artıb ki, bu da proqnozlardan 10 min çoxdur.

Avropa fond bazarlarında noyabrın 5-də FTSE 100 indeksi 1,3% - 6 539 bəndədək, Almaniya DAX-ı 1,6% - 9 316 bəndədək, Fransa CAC-40-ı isə 1,9% - 4 208 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 143,20 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2515 dollar (+0,2%) təşkil edir.

Son xəbərlər

Orphus sistemi