Yuxarı

Amerika fond indeksləri artıb

Dünya bazarında qızıl bahalaşıb, avro isə ucuzlaşıb

Bakı. 3 iyun. REPORT.AZ/ İyunun 2-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,27% artaraq 17 838,56 bənd, "S&P 500" indeksi 0,28% irəliləyərək 2 105,26 bənd, "Nasdaq" isə 0,39% artaraq 4 971,36 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,10% ucuzlaşaraq 6 185,61 bənd, Fransa "CAC-40"ı 0,21% azalaraq 4 466,00 bənd, Almaniya DAX-ı 0,03% irəliləyərək 10 208,00 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,16% artıb və 1 214,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1153 (-0,47%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi