Yuxarı

Amerika fond bazarlarında bahalaşma qeydə alınıb

Qızılın bir unsiyasının qiyməti 0,13% bahalaşıb

Bakı. 15 avqust. REPORT.AZ/ Avqustun 14-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,40% artaraq 17 477,40 bənd, S&P 500 0,39% bahalaşaraq 2 091,54 bənd, Nasdaq isə 0,29% irəliləyərək 5 048,23 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,27% geriləyərək 6 550,74 bənd, Fransa CAC-40-ı 0,61% azalaraq 4 956,47 bənd, Almaniya DAX-ı isə 0,27% ucuzlaşaraq 10 985,14 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% bahalaşaraq 1 114,70 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1109 (-0,40%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi