AMB: Zərurət yaranarsa AİF-in istiqrazlarına əlavə likvidlik veriləcək

AMB: Zərurət yaranarsa AİF-in istiqrazlarına əlavə likvidlik veriləcək İndiyə qədər banklardan 10 mln. manatlıq istiqraz alınıb
Maliyyə
4 Aprel , 2017 11:48
AMB: Zərurət yaranarsa AİF-in istiqrazlarına əlavə likvidlik veriləcək
Report

Bakı. 4 aprel. REPORT.AZ/ İndiyə qədər Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan İpoteka Fondu” ASC-nin bu il dövriyyəyə buraxdığı 50 mln. manatlıq istiqrazların cəmi 20%-nin (10 mln. manatlıq hissəsinin) təkrar bazarda alışını həyata keçirib.

Bunu “Report”un sorğusuna cavab olaraq AMB-dən bildiriblər.

Qurum bəyan edib ki, bu rəqəmin artması (əlavə likvidliyin verilməsi) istiqraz almış bankların likvidlik vəziyyətindən asılıdır: “Əgər banklar tərəfindən portfeldəki ipoteka istiqrazlarını satmaq zərurəti yaranarsa, buna təkrar bazarda dəstək veriləcək”.

Xatırladaq ki, AİF-in qiymətli kağızları 10 il müddətinə, illik 3% gəlirliliklə dövriyyəyə buraxılıb. Bunlar hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd istiqrazdır. 

Son xəbərlər

Orphus sistemi