AMB valyuta hərraclarının sayını azaldıb

AMB valyuta hərraclarının sayını azaldıb Depozit hərraclarının sayı isə artırılıb
Maliyyə
30 Yanvar , 2017 10:50
AMB valyuta hərraclarının sayını azaldıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) həftə ərzində keçirdiyi valyuta hərraclarının sayını 3-dən 2-yə endirib. 

"Report"un bank dairələrindən aldığı məlumata əsasən, indiyədək həftənin I, III və V günlər keçirilən valyuta hərracları bu həftədən etibarən iki dəfə - II və IV günlər təşkil olunacaq. 

Bununla yanaşı, AMB depozit hərraclarının sayı həftədə 2 dəfəyə çatdırılıb. Belə ki, əvvəllər yalnız I günlər keçirilən hərraclar artıq III günlər də təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi