AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 164 milyon dollar qazanıb

AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 164 milyon dollar qazanıb 2019-cu ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları təhlükəsizlik, likvidlik və gəlirlilik prinsipləri əsasında idarə edilib, bununla bağlı illik investisiya proqramının əsas istiqaməti gəlirliliyin konservativ maksimallaşdırılması olub.
Maliyyə
1 İyun , 2020 16:34
AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 164 milyon dollar qazanıb

2019-cu ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları təhlükəsizlik, likvidlik və gəlirlilik prinsipləri əsasında idarə edilib, bununla bağlı illik investisiya proqramının əsas istiqaməti gəlirliliyin konservativ maksimallaşdırılması olub.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə AMB-nin valyuta ehtiyatları ABŞ dolları, avro və ingilis funt sterlinqində, likvid və yüksək keyfiyyətli dövlət və korporativ borc öhdəliklərinə investisiya edilməklə idarə olunub. Hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 91%-i ABŞ dollarında, 4%-i avroda, 2%-i funt sterlinqdə, 3%-i isə SDR-də (BVF-nun xüsusi borclanma hüquqları) etibarlı maliyyə institutlarında saxlanılıb.

Hesabat dövründə AMB-nin valyuta ehtiyatları 629 milyon dollar artaraq 6,3 milyard dollar təşkil edib. Valyuta aktivlərinin idarə edilməsindən 163,9 milyon dollar gəlir əldə edilib. 

Son xəbərlər

Orphus sistemi