AMB uçot dərəcəsini azaltmağa hazırlaşır

AMB uçot dərəcəsini azaltmağa hazırlaşır Elman Rüstəmov: "İyunun ortalarında Mərkəzi Komitənin iclası olacaq"
Maliyyə
30 May , 2017 12:00
AMB uçot dərəcəsini azaltmağa hazırlaşır
Report

Bakı. 30 may. REPORT.AZ/ "Faiz dərəcələrində əsas trend inflyasiya gözləntiləri, onun dinamikasıdır. Ötən ilin 4 ayı ilə müqayisədə inflyasiya aşağıdır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, may ayının monitorinqi inflyasiyanın azaldığını göstərir: "Belə olan şəkildə bütövlükdə faiz dərəcəsinin azaldılması, bir qədər yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında Mərkəzi Bankın Komitəsinin iclası olacaq və o zaman bu, əsas müzakirə mövzusu olacaq".

Qeyd edək ki, 14 sentyabr 2016-cı ildən etibarən Azərbaycanda uçot dərəcəsi 15%-dir.

Son xəbərlər

Orphus sistemi