Yuxarı

​AMB uçot dərəcəsini 7%-ə qaldırıb - YENİLƏNİB

AMB-nin İdarə Heyətinin qərarı ilə likvidlik əməliyyatları üzrə faiz dəhlizi 2-17% müəyyən edilib

İlk xəbər saat 10:38-də verilib

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə martın 4-dən etibarən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 17%, aşağı həddi isə 2% səviyyəsində müəyyən edilib. 

Bu barədə "Report"a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

***

Eyni zamanda qərara alınıb ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə AMB-nin çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər. Bunlardan əlavə məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilib, müvafiq normativ baza hazırlanmışdır. Bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, AMB fevralın 15-də valyuta bazarında vəziyyətin stabilləşdirilməsi məqsədi ilə görülən tədbirlər çərçivəsində uçot dərəcəsinin 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddinin 2%, yuxarı həddinin isə 10% səviyyəsində müəyyənləşdirilməsi barədə qərar qəbul edib. Ondan öncə isə AMB sonuncu dəfə 2015-ci il iyulun 13-də uçot dərəcəsini 3%-ə, faiz dəhlizinin aşağı həddini 0,1%-ə, yuxarı həddini isə 5%-ə salıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi