AMB: Sosial şəbəkələrdə yayılan məktub saxtadır

AMB: Sosial şəbəkələrdə yayılan məktub saxtadır Mərkəzi Bank: Bu, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır
Maliyyə
11 Mart , 2016 10:18
AMB: Sosial şəbəkələrdə yayılan məktub saxtadır

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) sosial şəbəkələrdə AMB adından yayımlanan məktubla bağlı rəsmi açıqlama yayıb. “Report” Mərkəzi Banka istinadən bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. 

"Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə guya AMB tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb.

Son xəbərlər

Orphus sistemi