AMB sədri isveçrəli həmkarı ilə görüşüb

AMB sədri isveçrəli həmkarı ilə görüşüb Tomas Yordan: "İsveçrə Milli Bankı tərəfindən AMB-yə göstərilmiş texniki yardımlar müsbət nəticələnib"
Maliyyə
13 İyul , 2017 17:44
AMB sədri isveçrəli həmkarı ilə görüşüb

Bakı. 13 iyul .REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan İsveçrə Milli Bankının (İMB) sədri Tomas Yordanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report”un AMB-yə istinadən verdiyi xəbərə görə, E.Rüstəmov makroiqtisadi siyasət məsələləri, eləcə də institusional islahatlar sahəsində İMB-nin Azərbaycan üçün başlıca tərəfdaşlardan olduğunu vurğylayıb. AMB-yə göstərilən genişmiqyaslı texniki yardım proqramlarına görə İsveçrə tərəfinə minnətdarlığını bildirən E.Rüstəmov bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirib.

T.Yordan İMB tərəfindən AMB-yə göstərilmiş texniki yardımların müsbət nəticələnməsindən məmnunluğunu ifadə edib. Görüş zamanı həmçinin, iki təşkilat arasında müxtəlif əməkdaşlıq istiqamətləri barədə geniş müzakirələr aparılıb.

İMB sədri Mərkəzi Bankda həmçinin bir sıra işgüzar görüşlər və təqdimat keçirib. AMB-nin əməkdaşları üçün “Hazırkı kontekstdə İsveçrə Milli Bankının pul siyasəti” mövzusunda təqdimatla çıxış edərək pul siyasətinin yeni alətləri, müasir şəraitdə qlobal və regional səviyyələrdə siyasi və iqtisadi dəyişikliklər fonunda pul siyasətinin dizaynı barədə nəzəri və praktiki biliklərini paylaşıb.

Son xəbərlər

Orphus sistemi